Şəhid Fəxrəddin Qurbanlının il mərasimi keçirilib
03 Aprel 2017, 18:45 (GMT +4)
Binəqədi rayonunun şəhidi Fəxrəddin Qurbanlının il mərasimi keçirilmişdir.
Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon idarəsinin rəisi Novruz Rəhimov, RİH-nin şöbə müdirləri Ramiz Göyüşov, Elman Dadaşov, rayon fəalları və şəhidin ailə üzvləri ilk öncə Pirşağı qəsəbəsində yerləşən şəhidin məzarını ziyarət etdilər.
Daha sonra tədbir Binəqədi qəsəbəsi, 1-ci mədən 23, ev 7 ünvanında quraşdırılmış mərasim çadırında davam etdi.
Mərasimdə Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, millət vəkilləri Madər Musayev, Kamaləddin Qafarov, rayonun hüquq- mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilat rəhbərləri, RİH başçısı Aparatının kollektivi, rayon ictimaiyyəti iştirak etmişdir.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.
|