İçərişəhərdə Bakı Şoppinq Festivalının açılış mərasimi olub
10 Aprel 2017, 17:39 (GMT +4)
AZƏRBAYCAN » MƏDƏNİYYƏT
İçərişəhərdə Bakı Şoppinq Festivalının açılış mərasimi olub (FOTOLAR)
10 Aprel 2017, 17:24 (GMT +4)
Bakı, 10 aprel, SalamNews, Ş.Nəzərli. Dünyada böyük marağa səbəb olan Bakı Şoppinq Festivalının (BŞF) İçərişəhərdə açılış mərasimi olub.
SalamNews-un xəbərinə görə, tədbirin açılışında bildirilib ki, bir ay davam edəcək festivalın təşkilatçısı Azərbaycan Konqreslər Bürosudur. Xarici vətəndaşlarla yanaşı, yerli sakinlər də alış-verişdə imtiyazlı əsaslarla faydalana biləcəklər. Belə ki, istənilən malın qiyməti üçün tutulan ƏDV geri qaytarılacaq.
Açılış tədbiri zamanı könüllülər BŞF keçirilən məkanlar, ƏDV köşkləri, ƏDV məbləğini geri almaq qaydaları və digər zəruri təlimatlar olan bukletləri iştirakçılara paylayır və şifahi izahat veriblər. Bildirilib ki, ƏDV köşkləri 28 Mall, Nərgiz Mall, Port Baku, Park Bulvar, Metro Park, Gənclik Mall kimi ticarət mərkəzlərində quraşdırılıb.
FOTO:Ş.Nəzərli
|