Faşizm üzərində qələbənin 72-ci ildönümü qeyd olunub
09 May 2017, 14:25 (GMT +4)
Bakı, 9 may, SalamNews, K.Orxan. Zaqatala rayonunda Böyük Vətən müharibəsində faşizm üzərində qələbənin 72-ci ildönümü münasibətilə həsr olunmuş "Qələbə müjdəli tarixi yol" mövzusunda bayram tədbiri keçirilib.
SalamNews xəbər verir ki, mərasimdə Zaqatala Rayonu İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, Rusiya Federasiyası Dağıstan Respublikası Azərbaycan Nümayəndəliyinin rəhbəri Marat Asgendarov, müavini Xosrov Həsənbəyov, Nümayəndəliyin məsul şəxsləri, o cümlədən Zaqatalanın hüquq-mühafizə orqanlarının rəhbərləri, veteranlar, ağsaqqallar, ziyalılar iştirak ediblər
|