Azərbaycan taekvandoçuları bir qızıl və bir gümüş medal qazanıblar
16 May 2017, 23:32 (GMT +4)
Bakı, 16 may, SalamNews. Mayın 16-da IV İslam Həmrəyliyi Oyunlarının taekvando yarışlarına start verilib. Azərbaycan taekvandoçuları yarışların ilk günündə bir qızıl və bir gümüş medal qazanıblar.
SalamNews xəbər verir ki, Bakı İdman Sarayında kişilər 54, 58, qadınlar isə 46, 53 və 57 kiloqram çəki dərəcələrində mübarizə aparıblar.
Yarışda 57 kiloqram çəki dərəcəsində mübarizə aparan Azərbaycan təmsilçisi Yaprak Eriş finalda türkiyəli Durdane Altuneli 5:4 hesabı ilə məğlub edərək “Bakı-2017”nin qızıl medalını qazanıb. Bürünc medalları isə iranlı Parsa Tayebeh və Mərakeş idmançısı Nada Laaraj əldə ediblər.Qaliblərin mükafatlandırılması mərasimində idmançılara medalları Azərbaycan Taekvondo və Boks Federasiyalarının prezidenti Kəmaləddin Heydərov, İslam Həmrəyliyi İdman Federasiyasının üçüncü vitse-prezidenti Əhməd Məhəmməd Fouli və Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev təqdim ediblər.
Qeyd edək ki, Azərbaycan taekvandoçularından beşi mayın 17-də, dördü isə mayın 18-də mübarizəyə qoşulacaq. Komandamız Oyunlara kişilərdən ibarət yığmanın baş məşqçisi Reza Mehmandoust, böyük məşqçisi Rəşad Əhmədov və qadınlardan ibarət millimizin baş məşqçisi Elnur Amanovun rəhbərliyi ilə hazırlaşıb.
|