Əməkdar rəssam Rəis Rəsulzadənin fərdi sərgisi açılıb
06 İyun 2017, 14:05 (GMT +4)
Bakı, 6 iyun, SalamNews, Ş.Nəzərli. Vəcihə Səmədova adına sərgi salonunda Əməkdar rəssam Rəis Rəsulzadənin fərdi sərgisi açılıb.
SalamNews xəbər verir ki, sərgidə istedadlı rəssamın müxtəlif janrlarda 100-dən çox əsəri nümayiş olunur. Fırça ustasının mənzərə və portret əsərləri xüsusilə diqqət cəlb edir.
Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin nəvəsi olan Rəis Rəsulzadə 1946-cı ildə ailəsinin sürgündə yaşadığı Alma-Ata vilayətinin Kirov qəsəbəsində anadan olub. 1969-cu ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini, 1977-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirib.
Azərbaycan Respublikasının Əməkdar rəssamı, Azərbaycan Siyasi Repressiya Qurbanları Assosiasiyasının sədri R.Rəsulzadənin 1976-cı ildən başlayaraq fərdi sərgiləri təşkil olunur və o, Beynəlxalq, Ümumittifaq və regional sərgilərində iştirak edir.
Rəssamın fərdi sərgisi 10 gün davam edəcək.
FOTO: Ş.Nəzərli
|