Azərbaycan "Formula-1" yarışını qəbul etməyə tam hazırdır
20 İyun 2017, 10:59 (GMT +4)
Bakı, 20 iyun, SalamNews, A.Kərimov. Artıq iki gündən sonra ölkəmiz ikinci dəfə "Formula-1" yarışına ev sahibliyi edəcək.
SalamNews-un foto müxbiri trek və trek ətrafında görülən işlərlə bağlı reportaj hazırlayıb.
Belə ki, bütün hazırlıq işləri tam yekunlaşıb. Paddok binasında son tamamlama işləri aparılıb. Komandaların avadanlığı artıq Bakıya gətirilib.
Bu il tribunalarla yanaşı, bokslar da tikilib. Korporativ şirkətlərin nümayəndələri yarışa tribunalardan baxmaq istəməsələr, yuxarı hissədəki bokslardan baxa bilərlər.
|