Balaca Zəhranın xatirəsi üçün qanvermə aksiyası keçirilib
08 İyul 2017, 10:04 (GMT +4)
Bakı, 8 iyul, SalamNews, M.Sadiq. Bakının "Məşədi Dadaş" məscidində cümə namazından sonra ermənilər tərəfindən qətlə yetirilən balaca Zəhranın xatirəsinə Talassemiya Federasiyasının təşkilatçılığı ilə "Bir damla qan bir həyata bərabərdir" adlı qanvermə aksiyası keçirilib.
SalamNews xəbər verir ki, aksiyada məscidin axundu hacı Şahin Həsənli ilə yanaşı, ibadətə gələn çoxlu sayda mömin iştirak edib.
|