Gəncədə yerləşən pravoslav kilsəsinin 130 illiyi qeyd olunub
12 Sentyabr 2017, 17:46 (GMT +4)
Bakı, 12 sentyabr, SalamNews, B.İsmayılov. Gəncə şəhərində fəaliyyət göstərən Aleksandr Nevski adına Rus Pravoslav Kilsəsinin 130 illiyinə həsr olunmuş təntənəli mərasim keçirilib.
SalamNews-un bölgə müxbirinin verdiyi xəbərə görə, qərb bölgəsində yeganə kilsə olan Aleksandr Nevski Rus Pravoslav Kilsəsinə gələn xristianlar dini ayinlərini yerinə yetiriblər.
Mərasimdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Rafiq Şəfiyev, Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin, Bakı və Azərbaycanın Baş Yepiskopu Aleksandr İşenin iştirak ediblər.
|