"Azərbaycan-Türkiyə münasibətləri" II Beynəlxalq elmi konfransı keçirilib
14 Oktyabr 2017, 09:44 (GMT +4)
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU), Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) və Türkiyə Respublikasının Kastamonu Universitetinin birgə təşkilatçılığı ilə ADPU-da "Azərbaycan-Türkiyə münasibətləri" II Beynəlxalq elmi konfransı keçirilib.
SalamNews xəbər verir ki, konfransda Azərbaycan Dövlət Pedaqoji Universitetin rektoru Cəfər Cəfərov, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Türkiyənin Kastamonu Universitetinin rektoru Seyit Aydın və Azərbaycan Turizm və Menecment Universitetinin rektoru İlham Mədətov iştirak ediblər.
|