Bakıda Beynəlxalq İnşaat sərgisi açılıb
18 Oktyabr 2017, 13:00 (GMT +4)
Bakı, 18 oktyabr, SalamNews, A.Kərimov. Oktyabrın 18-də Bakı Ekspo Mərkəzində Xəzəryanı regionun tikinti sektoruna həsr olunmuş XXIII Azərbaycan Beynəlxalq İnşaat “WorldBuild Baku 2017” sərgisinin açılış mərasimi olub.
SalamNews xəbər verir ki, tədbirdə çıxış edən iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov bildirib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi, həmçinin inşaat strategiyasının mühüm istiqamətləri Azərbaycan xalqının rifah halının yüksəldilməsinə yönəlib. Bu istiqamətdə aparılan mütərəqqi islahatlar və sistemli tədbirlər gözəl nəticələr verir.
|