Bakıda II “Bankçılıq Forumu” keçirilib
24 Noyabr 2017, 11:16 (GMT +4)
Bakıda II “Bankçılıq Forumu” keçirilib. İki gün davam edən forum Azərbaycan Banklar Assosiasiyasının (ABA) və İqtisadi İslahatlarının Təhlili və Kommunikasiya Mərkəzinin birgə təşkilatçılığı ilə "Bank sisteminin yeni inkişaf dövrünə adaptasiyası: İslahatlar, Nəticələr və Perspektivlər" mövzusunda keçirilib.
Forumun məqsədi ölkədə həyata keçirilən strateji iqtisadi islahatların nəticələrinin təhlili, maliyyə-bank sisteminin yeni inkişaf dövrünə adaptasiyası, maliyyə dayanıqlılığının möhkəmləndirilməsi, nağdsız ödənişlərin artırılması istiqamətləri, banklarda komplayensin inkişafı və bank sisteminin fəaliyyətinin hüquqi bazasının təkmilləşdirilməsi məsələlərinin müzakirəsi, həmçinin bankçılıq sahəsində yeniliklər və innovasiyalar barədə qabaqcıl təcrübələrin öyrənilməsidir.
|