“Gənclər üçün Elektron Hökumət” müsabiqəsinin qalibləri mükafatlandırılıb
26 Dekabr 2017, 15:11 (GMT +4)
2017-ci ildə İKT və elektron hökumət sahəsi üzrə gənclərə yönəlmiş layihələrin yekunlaşdırılması, “Gənclər üçün Elektron Hökumət” adlı müsabiqənin qaliblərinin elan edilməsi və gənclər təşkilatları ilə müzakirələrin aparılması məqsədilə 26 dekabr tarixində “Gənclər üçün Elektron Hökumət” konfransı keçirilib. Konfrans Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi, Məlumat Hesablama Mərkəzi, Elektron Hökumət Təlim- Tədris Mərkəzi və Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə təşkil olunub.
|