Bakıda “Öz karyeranı qur!” mövzusunda Forum keçirilib
03 Fevral 2018, 12:58 (GMT +4)
Azərbaycan Gəncləri Günü münasibətilə Formula-1 yarışlarının ölkəmizdəki təşkilatçısı “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin təşkilatçılığı ilə Davos formatında Forum keçirilib.
“Öz karyeranı qur!” mövzusunda təşkil olunan Forumda gənclər və idman naziri Azad Rəhimov, ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta, təhsil nazirinin müavini Firudin Qurbanov, “BP-Azerbaijan” şirkətinin insan resursları üzrə vitse-prezidenti Leyla Novruzova və Milli Məclisin gənclər və idman komitəsinin sədri Fuad Muradov iştirak ediblər. Nazir Azad Rəhimov çıxışında Azərbaycanda idmanın inkişafına göstərilən dövlət qayğısından, ölkəmizin ev sahibliyi etdiyi irimiqyaslı idman tədbirlərindən danışıb, bütün bu tədbirlərdə könüllülərin fəaliyyətini yüksək qiymətləndirib. Bu gün Azərbaycanın, o cümlədən ölkə iqtisadiyyatının sürətlə inkişaf etdiyini vurğulayan nazir bildirib ki, bu prosesdə gənc və istedadlı kadrlara böyük ehtiyac var.
|