SalamNews Geologiya və Geofizika İnstitutu tərəfindən təltif edilib
22 Noyabr 2018, 15:52 (GMT +4)
Bakı, 22 noyabr, SalamNews. Bu gün AMEA Geologiya ve Geofizika İnstitutunda ölkənin kütləvi informasiya vasitələri (KİV) nümayəndələrinin iştirakı ilə “dəyirmi masa” təşkil olunub.
Əsas məqsəd Geologiya və Geofizika İnstitutunun 80 illik yubileyini, eləcə də qurumun elmi fəaliyyətini müntəzəm olaraq işıqlandırdığına görə bir sıra mətbuat orqanlarının fəxri fərmanlarla təltif edilməsi idi.
Tədbiri giriş sözü ilə açan institutun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Dadaş Hüseynov bu qurumun tarixi və əsas elmi istiqamətlərindən söz açıb. Bildirib ki, fəaliyyət göstərdiyi 80 il ərzində institut bir sıra mühüm nailiyyətlər əldə edib, ölkə elminə əhəmiyyətli töhfələr verib. Tədbirdə AMEA-nın science.gov.az portalı, “Elm” qəzeti və ElmTv İnternet televiziyası, Azərtac, SalamNews, "Azərbaycan" qəzeti, ATV, daxil olmaqla 20 mətbuat orqanının nümayəndələrinə fəxri fərmanlar təqdim olunub.
|