“Caspian European Club” DGK ilə biznes-forum keçirib
06 Dekabr 2018, 17:38 (GMT +4)
“Caspian European Club” Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi (DGK) ilə biznes-forum keçirib.
SalamNews xəbər verir ki, “Caspian European Club” tərəfindən Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyevin iştirakı ilə dekabrın 6-da təşkil olunmuş biznes-forumda Azərbaycanda gömrük qurumları ilə biznes arasında dialoqun genişləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub.
Biznes-forumda çıxış edən Səfər Mehdiyev tədbir iştirakçılarını maraqlandıran
bütün suallara cavab verib, DGK-nın fəaliyyəti və yeni planlar üzərində xüsusilə dayanıb.
|