Vergi Məcəlləsinə dəyişikliklərlə bağlı mətbuat konfransı keçirilib
25 Dekabr 2018, 15:40 (GMT +4)
Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikası Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Qanun və bu Qanunun tətbiqinə dair Fərmandan irəli gələn məsələlərlə əlaqədar dekabrın 25-də Vergilər Nazirliyində kütləvi informasiya vasitələri üçün mətbuat konfransı keçirilib. Vergilər nazirinin müavini Sahib Ələkbərov KİV nümayəndələrinə Vergi Məcəlləsinə əlavə və dəyişikliklərin əsas mahiyyəti və 2019-cu ildə həyata keçiriləcək vergi islahatarının başlıca istiqamətləri barədə məlumat verib.
|