Bakı məscidlərində ikinci Qədr gecəsi böyük şövqlə qeyd olunub
27 May 2019, 11:41 (GMT +4)
Bakı, 27 may, SalamNews. Bakı məscidlərində ikinci Qədr gecəsi böyük şövqlə qeyd olunub.
SalamNews xəbər verir ki, keçirilən mərasimlərdə çıxış edənlər əsasən müqəddəs Ramazan ayının fəzilətləri, eləcə də bu ayda şəhid olmuş imam Əlinin (ə) həyatından danışıblar.
Qədr gecəsində oxunması tövsiyə olunan Cövşən-Kəbir duası oxunub.
Mərasimlərdə həmçinin Həzrət Əlinin (ə) şəhadəti münasibəti ilə mədhiyyələr oxunub. Məclislərdə xalqımızın rifahı, ordumuzun qələbəsi və bayrağımızın yüksəklərdə dalğalanmasına dair dualarla edilib.
Camaatla sübh namazının qılınması ilə ikinci Qədr gecəsi başa çatıb.
|