Bakıda ticarət mərkəzləri və bazarlar dezinfeksiya edilir
02 Aprel 2020, 19:00 (GMT +4)
Koronavirus (COVID-19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə paytaxtda əhalinin daha çox istifadə etdikləri kənd təsərrüfatı məhsullarının satışı bazarında tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər davam etdirilir.
SalamNews xəbər verir ki, paytaxtın Nizami rayonunda "8-ci kilometr" bazarı kimi tanınan ərazidə infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə sanitar-təmizlik işlərinə nəzarət xeyli gücləndirilib.
|