Bakıda gücləndirilmiş dezinfeksiya işləri görülür
02 May 2020, 14:03 (GMT +4)
Bakı, 2 may, SalamNews, K.Orxan. Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtda koronovirus (COVID-19) pandemiyasına qarşı mübarizənin daha da genişləndirilməsi məqsədi ilə şəhərin bütün rayonlarında həyata keçirdiyi tədbirlər davam edir.
SalamNews xəbər verir ki, görülən tibbi-profilaktik tədbirlər çərçivəsində Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən mayın 2-də səhər saatlarından başlayaraq paytaxdakı 200-dən çox əsas küçə və prospektlərdə kommunal təsərrüfat xidmətlərinin xüsusi texnikası və əməkdaşları tərəfindən xüsusi kimyəvi maddələrlə əlavə gücləndirilmiş dezindeksiya işləri həyata keçirilib.
|