Aşura günü Bakı küçələrində ehsan süfrələri açılıb
30 Avqust 2020, 13:10 (GMT +4)
Bakı, 30 avqust, SalamNews. Məhərrəm ayı ərzində, eləcə də Aşura günündə ehsan vermək, imkansızlara yardım əli uzatmaq savab əməllərdən sayılır.
SalamNews xəbər verir ki, bu gün adını bildirmək istəməyən paytaxt sakini küçədə stollar düzərək ehsan süfrəsi açıb, əzadarlıq iştirakçılarını, yoldan keçənləri bu süfrəyə dəvət edib.
Bakı sakinləri olan digər xeyirxah insanlar da bu adəti illərdir qoruyurlar.
|