Azərbaycanda yeni abidə aşkar edilib
21 Sentyabr 2020, 09:47 (GMT +4)
Avqustun 15-dən sentyabrın 14-nə kimi Azərbaycan-Qazaxıstan beynəlxalq arxeoloji ekspedisiyası Şəki rayonunun Fazıl kəndində yerləşən Təpəbaşı abidəsində keçən il başlamış arxeoloji tədqiqatları davam etdirmişdir.
SalamNews xəbər verir ki, bu bir ay müddətində, keçən il tədqiqatları aparılmış 1 və 2 saylı qazıntı sahələrində qazıntı işləri davam etdirilmiş, əlavə olaraq yeni, 4 saylı qazıntı sahəsində tədqiqatlar başlamışdır. Beynəlxalq ekspedisiyaya Azərbaycan tərəfindən AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun “Azərbaycanın antik dövr arxeologiyası” şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Zaur Həsənov, Qazaxıstan tərəfindən beynəlxalq elmi çevrələrdə tanınmış alim, Alman Arxeoloji İnstitutunun müxbir üzvi, professor Zeynolla Samaşev rəhbərlik etməkdədirlər.
|