Tovuzda şəhid çavuşla vida mərasimi keçirilib
21 Sentyabr 2020, 15:26 (GMT +4)
Tovuz rayonu istiqamətində düşmənin növbəti təxribatı nəticəsində Azərbaycan Ordusunun şəhid olmuş kiçik çavuşu, 1982-ci il təvəllüdlü Elşən Əli Oğlu Məmmədovun nəşi doğulduğu Tovuz rayonunun Qazıqulu kəndinə gətirilib.
SalamNews-un məlumatına görə, Qazıqulu kəndinə şəhidlə vida mərasimi keçirilib.
Mərasimdə şəhidin ailə üzvləri, döyüş yoldaşları və rayon sakinləri iştirak ediblər.
|