Nağıllar aləminə səyahət... Qaranohur gölünün bahar görüntüləri
16 May 2022, 13:24 (GMT +4)
Azərbaycanda bütün fəsillərdə öz gözəlliyi ilə seçilən təbiət incilərindən biri də İsmayıllı rayonundakı Qaranohur gölüdür. Dağların arasında, sıx meşələrin ortasında yerləşən Qaranohur gölü “Şahdağ” Milli Parkının ərazisində yerləşir.
İsmayıllı şəhərindən 8 km şimal-şərqdə yerləşən göl dəniz səviyyəsindən 1520 m yüksəklikdə yerləşir. Göl Böyük Qafqaz dağlarından axan Qaranohur çayının hövzəsinə daxildir. Qarahohur Azərbaycan dilində işlənən qara — «rəng» və nohur — «göl», «su tutarı», «bataqlıq» sözlərinin birləşməsindən meydana gəlib. Gölün yüksək minerallaşmasına görə onun suyundan kənd təsərrüfatında istifadə etmək mümkün olmadığından ətraf ərazidə yaşayan insanlar ona "Qara" adını vermişdilər.
|