Rusiyanın ən gözəl məscidlərindən biri - Şeyx Səid məscidi Saratov şəhərində inşa edilib
13 Oktyabr 2011, 17:25 (GMT +4)
Saratov, 13 oktyabr, SalamNews, Babək Göyüş. Əsası 1995-ci ilin 4 dekabrında qoyulmuş Şeyx Səid məscidinin açılışı 2005-ci ilin 21 sentyabrında reallaşıb. Görkəminə görə Rusiyanın ən gözəl dini mərkəzlərindən biri sayılan bu məscidin 46 metr hündürlüklü minarəsi Saratov şəhərinin əksər yerlərindən aydınca görsənir. Məscidin 1-ci mərtəbəsində qadınların namaz qılmazı üçün kiçik zal, mehmanxana, mədrəsə, Volqaboyu müsəlmanların dini rəhbərinin rezidensiyası, kitabxana,2-ci mərtəbədə isə kişilərin namaz qılması üçün böyük zal mövcuddur.
|