Xocavənddə Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə ucaldılmış abidə kompleksinin açılış mərasimi olub
17 Oktyabr 2011, 13:39 (GMT +4)
Xocavənd rayonunun işğaldan azad edilmiş Nərgiztəpə ərazisində Qarabağ müharibəsində şəhid olmuş Vətən övladlarının xatirəsinə ucaldılmış abidə kompleksi istifadəyə verilib. Bu münasibətlə “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi İdarə Heyəti üzvlərinin, rayon ictimaiyyəti nümayəndələrinin, şəhidlərin ailə üzvlərinin, keçmiş döyüşçülərin iştirakı ilə mərasim keçirilib.
|