Azərbaycanın Rusiyadakı səfirliyində Müstəqillik günü qeyd olunub
20 Oktyabr 2011, 10:09 (GMT +4)
Moskva, 20 oktyabr, SalamNews, R.Ağayev, M.Cavid. Bu gün Azərbaycanın Rusiyadakı səfirliyində Azərbaycan Respublikası müstəqilliyinin bərpa olunmasının 20 illiyi münasibətilə təntənəli qəbul təşkil olunub.
Mərasimi giriş sözü ilə açan Azərbaycanın Rusiyadakı fövqəladə və səhahiyyətli səfiri Polad Bül-Bül oğlu tarixə səfər edərək bildirib ki, 1991-ci il oktyabrın 18-də müstəqilliyini bərpa edən Azərbaycan Respublikası 1918-ci ildə yaranmış, lakin cəmi 23 ay ömür sürmüş müsəlman Şərqinin ilk demokratik respublikası-Azərbaycan Demokratik Respublikasının varisidir
|