Ötən mövsümün ən yaxşı futbolçuları mükafatlandırılıblar
05 Noyabr 2011, 15:23 (GMT +4)
Bakı,SalamNews, R.Nadirli. Bakı Biznes Mərkəzində ötən mövsümün ən yaxşı futbolçulara medallar təqdim olunub.
SalamNews xəbər verir ki, Premyer Liqanın qalibi "Neftçi" qızıl, ikinci pillənin sahibi "Xəzər Lənkəran" gümüş, üçüncü pilləni tutan "Qarabağ" isə bürünc medallara qovuşub. Onlarla yanaşı, birinci divizionun qalibləri - "Abşeron", "Rəvan" və "Bakılı"ya da mükafatlar təqdim olunub. Bundan əlavə, “Neftçi”nin yarımmüdafiəçisi Flavinyo ötən mövsümün ən yaxşı futbolçusu seçilib.
|