Sankt-Peterburq şəhərindəki Dövlət Ermitaj muzeyi
11 Fevral 2012, 13:28 (GMT +4)
Sankt-Peterburq, 11 fevral, SalamNews, C.Ağadadaşov. Sankt-Peterburq şəhərində yerləşən Dövlət Ermitajı Rusiyanın ən böyük, dünyanın isə ən nəhəng rəsm və mədəni-tarixi muzeylərindən biridir.
Ermitajda daş dövründən başlayaraq yeni əsrə qədər olan dövrü əhatə edən 3 milyona yaxın incəsənət əsəri və dünya mədəniyyəti abidələrindən ibarət kolleksiya var. Kolleksiyanın tərkibinə rəngkarlıq, qrafika, heykəltəraşlıq və tətbiqi incəsənət nümunələri, arxeoloji tapıntılar və numizmatika materialları daxildir.
Müasir Dövlət Ermitajı özündə çağdaş və mürəkkəb quruluşlu muzey kompleksini birləşdirir. Muzeyin əsas ekspozisiya hissəsi Sankt-Peterburqun mərkəzində Neva çayı sahilləri boyunca yerləşən altı binadan ibarətdir, bunlardan biri də “Qış sarayı”dır. (“Zimniy dvorets”). Foto F.Qaniyev.
|