SalamNews İA Azərbaycanda informasiya agentliyi nominasiyası üzrə "İlin bir nömrəli brendi" milli mükafatına layiq görülüb
26 Aprel 2012, 09:33 (GMT +4)
Bakı, 25 aprel, SalamNews, K.Orxan. Bu gün Bakıda BUTA PALACE konsert kompleksində "Brand Award Azerbaijan – 2011" milli mükafatının rəsmi təqdimat mərasimi keçirilib.
Mərasimdə www.brandaward.az saytında keçirilmiş internet-səsvermədə qalib gəlmiş şirkətlərə “Azərbaycanda nömrə bir brend” nominasiyasında brendlər təqdim olunub.
Sonra qaliblərin mükafatlandırma mərasimi keçirilirb. Mərasimdə SalamNews İnformasiya Agentliyi informasiya agentliyi nominasiyası üzrə "İlin bir nömrəli brendi" mükafatına layiq görülüb. Mükafatı Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin agentliyin icraçı direktoru Rəna Əkbərovaya təqdim edib.
|