Yaroslavlda “İslam təfəkkürünün müasir həyatda rolu” konfransı keçirilib
17 May 2012, 09:57 (GMT +4)
Yaroslavl, 17 may, SalamNews, R.Ağayev, Ş.Axundov, F.Qəniyev. Rusiyanın Yaroslavl şəhərində Xanım Fatimeyi-Zəhranin (s.ə) mövlud gününə həsr olunmuş tədbir keçirilib.
“İslam təfəkkürünün müasir həyatda rolu” adlı konfransa qatılan iştirakçıları tədbirin təşkilatçısı, ilahiyyatçı İlqar Həşimov salamlayıb və mövzunun aktuallığını vurğulayıb. Əhatəli çıxışında o xatırladıb ki, Azərbaycan ədəbiyyatının klassikləri Nizami və Füzuli Əhli-Beyt vurğunu olublar, islami dəyərləri öz əsərlərində təcəssüm etdiriblər. Onun sözlərinə görə, belə konfransların başlıca məqsədi islamın həqiqi dəyərlərini dərindən dərk etməyə yönəlib.
|