Bakıda heykəl bolluğudur
05 Yanvar 2013, 10:48 (GMT +4)
Bakı, 5 yanvar , SalamNews, Ş.Nəzərli. Bakı simasını yaxşılığa doğru sürətlə dəyişdikcə sənət yarışması da geniş vüsət alır. Bu bəhsləşmədə heykəl-abidə əsərləri daha gözəçarpandır.
SalamNews-un müşahidələrinə görə, son vaxtlar paytaxtın mərkəzində janr müxtəlifliyi ilə seçilən xeyli monumental sənət əsərləri yerləşdirilib. Sovet dönəminin son illərindən start götürmüş bu ənənə müstəqillik dövründə də davam edir. Amma yeni əsərlər üçün yerlərin seçimi və şəhərdə sıxlığa görə yerləşdirilməsi müzakirə və bəzən də mübahisə mövzusuna çevrilir.
FOTO: Şirməmməd Nəzərli.
|