Bakıda əsgər ölümünə etiraz olaraq aksiya keçirilib
12 Yanvar 2013, 18:58 (GMT +4)
Bakı, 12 yanvar, SalamNews. Bu gün bir qrup gənc Daşkəsən rayonunda yerləşən N saylı hərbi hissədə ölən əsgər Ceyhun Qubatovla bağlı «Fəvvarələr» meydanında aksiya keçirir.
SalamNews-un xəbərinə görə, aksiya iştiakçıları "Əsgər ölümlərinə etiraz et!", "Əsgər ölümlərinə vətəndaş etirazını bildir!", "Əsgər Ceyhun Qubadovun döyülərək öldürülməsinə etiraz et!" "Şəhidlər ölməz! Vətən bölünməz!" və s. şüarlar səsləndirirlər.
FOTO: S.Mahiroğlu.
|