İsmayıllı rayonunda kütləvi etiraz aksiyası keçirilib, xəsarət alanlar olub
24 Yanvar 2013, 10:09 (GMT +4)
İsmayıllı, 24 yanvar, SalamNews, A.Kərimov. İsmayıllı rayonunda yanvarın 23-də gecə saat 10-da kütləvi etiraz aksiyası keçirilib.
SalamNews-un hadisə yerində olan müxbirinin verdiyi xəbərə görə, aksiya iştirakçıları rayon İcra Hakimiyyətinin başçısı Nizami Ələkbərovun evinin qarşısına toplaşıblar. Onlar rayon rəhbərinin istefasını tələb ediblər. Həmin ərazidə olan maşın və motosikllər yandırılıb.
|