Bakıda "Avropa İttifaqı-Azərbaycan: Təhlükəsizlik və İnteqrasiya" mövzusunda beynəlxalq konfrans keçirilib
07 İyun 2013, 12:15 (GMT +4)
Bakı, 7 iyun, SalamNews, H.İbadlı. Bakıda "Avropa İttifaqı-Azərbaycan: Təhlükəsizlik və İnteqrasiya" mövzusunda beynəlxalq konfrans keçirilir.
SalamNews xəbər verir ki, konfransda Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktoru Fərhad Məmmədov, Avropa Siyasət Mərkəzinin (EPS) icraçı direktoru Hans Martnes və Avropa İttifaqının Azərbaycandakı səfiri Roland Kobia iştirak edirlər.
|