"Aldım bir dənə, açdım min dənə"
13 Noyabr 2013, 16:56 (GMT +4)
Bakı, 13 noyabr, SalamNews, Ş.Nəzərli. Payız aylarında Bakı bazarları bol meyvə-tərəvəz satışı, xüsusən də alıcılara nar təklifi ilə seçilir. Göyçay, Ucar, Kürdəmir, Salyan, Saatlı, Sabirabad və digər rayonlardan gətirilmiş məhsul keyfiyyətindən asılı olaraq 1- 5 manat arasında satılır. Nar gilələnmiş, çəkilmiş şirə halında da təklif olunur. Alıçılar bazarda həmçinin nardan hazırlanmış məmulatları da əldə edə bilirlər.
FOTO: Ş.Nəzərli.
|