Bakıda Xəzəryanı regionunun ən böyük avtomobil sərgisi açılıb
15 May 2014, 17:29 (GMT +4)
Bu gün Bakıda səkkizinci Beynəlxalq “Motor Şou” (BIMS-2014) sərgisi açılıb. Sərgi iştirakçıları arasında minik avtomobillərin istehsalı sahəsində məşhur olan “Bentley”, “Toyota”, “Lexus”, “Volvo” və digər dünya istehsalçılarının distribyutorları da var.
Motosiklet dilerləri isə “Aprilia”, “Suzuki”, “Harley Davidson” və “Vespa” kimi dünya üzrə aparıcı istehsalçıların modellərini təqdim edib. Kommersiya sektorunda MANN və HOVA şirkətlərinin istehsalı olan traktorlar, özüboşaldan yük maşınları və yarım-qoşqular nümayiş etdirilir.
FOTO: Ş.Nəzərli.
|