Şəki yerli və xarici turistləri ən çox cəlb edən şəhərdir
21 İyun 2014, 15:06 (GMT +4)
Bakı, 21 iyun, SalamNews, Ş.Nəzərli. Azərbaycanın ən qədim yaşayış məskənlərindən olan Şəki yerli və xarici turistləri ən çox cəlb edən şəhərlərindəndir.
SalamNews xəbər verir ki, günün bütün vaxtlarında 2500-2600 yaşı olan bu şəhərdə qonaqlar dolaşır, yerli mətbəxə, sənətkarların əl işlərinə, memarlıq nümunələrinə, muzeylərə, şirniyyat dükanlarına və Xan sarayına maraq göstərir, xatırə şəkilləri çəkdirirlər.
Şəkinin xarakterik turizm görüntüləri əməkdaşımızın çəkdiyi fotolararda daha aydın əks olunub.
FOTO: Ş.Nəzərli.
|