Bakıda pravoslavlar İsa peyğəmbərin (ə) doğum gününü qeyd edib
07 Yanvar 2015, 17:46 (GMT +4)
Bakı, 7 yanvar, SalamNews. Xristian aləmində qəbul edilmiş iki təqvim yəni "Qriqorian" və "Yulian" təqvimlərinə əsasən, İsa peyğəmbərin (ə) doğum günü iki fərqli gündə keçirilir.
SalamNews xəbər verir ki, digər xristian məzhəblərindən fərqli olaraq Provaslavlar İsa Məsihin (ə) doğum gününün yanvarın 7-ə təsadüf etdiyini bildirirlər. Bu münasibətlə Bakıda provaslavlar İsa peyğəmbərin doğum gününü qeyd ediblər.
|