Azərbaycan qrossmeysteri dörddəbir final mərhələsinə yüksəlib
22 Sentyabr 2015, 09:43 (GMT +4)
Bakı, 22 sentyabr, SalamNews. Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov amerikalı Fabiano Karuanaya qalib gələrək şahmat üzrə Dünya Kubokunun dörddəbir finalına yüksəlib.
SalamNews xəbər verir ki, Ş.Məmmədyarov qara fiqurlarla heç-heçə oynayıb, bir gün əvvəl isə ağ fiqurlarla amerikalı rəqibini məğlubiyyətə uğradıb. Şahmatçılar bugünkü görüşdə 40-cı gedişdən sonra heç-heçə ilə razılaşıblar.
|