Bakıda şahmat üzrə Dünya Kubokunun bağlanış mərasimi olub
06 Oktyabr 2015, 09:32 (GMT +4)
Bakı, 6 oktyabr, SalamNews. Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunun bağlanış mərasimi olub. SalamNews xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Dünya Kubokunun sahibi Sergey Karyakin və ikinci yerin mükafatçısı Pyotr Svidler Azərbaycanda keçirilmiş yarışın yüksək səviyyədə təşkil edildiyini vurğuladı, şahmatçılara yaradılan şəraitə görə minnətdarlıqlarını bildirib.
Daha sonra Rusiya Federasiyasının dövlət himni səsləndirilib.
Mərasimdə 2016-cı ildə Bakıda keçiriləcək Şahmat Olimpiadasının rəsmi loqosu təqdim olunub.
Bağlanış mərasimi bədii hissə ilə davam edib.
FOTO: A.Kərimov.
|