Bakıda 21-ci Beynəlxalq İnşaat Sərgisi açılıb
21 Oktyabr 2015, 12:56 (GMT +4)
Bakı Ekspo Mərkəzində 21-ci Beynəlxalq İnşaat Sərgisi (BakuBulid 2015) açılıb. Qeyd olunub ki, 21-ci Beynəlxalq İnşaat Sərgisi regionda ən böyük sərgidir. Burada 160-a yaxın yerli şirkət özünün istehsal etdiyi çoxçeşidli məhsullarını nümayiş etdirir. Bu, xarici şirkətlərlə tərəfdaşlıq baxımından xüsusi mühüm əhəmiyyət daşıyır. Oktyabrın 24-nə kimi davam edəcək sərginin təşkilatçısı qismində “Iteca Caspian” və onun böyük britaniyalı tərəfdaşı “ITE Group Plc” şirkətləri çıxış edirlər.
|