Nar girən evə həkim girməz - Göyçayda 10-cu Nar bayramı
10 Noyabr 2015, 13:04 (GMT +4)
Bakı, 10 noyabr, SalamNews, H.İbadlı. Göyçayda 10-cu dəfə ənənəvi Nar bayramı keçirilib.
SalamNews xəbər verir ki, Festivalda nara həsr olunmuş poeziya nümunələri və musiqi parçaları səsləndirilib, teatrlaşdırılmış parçalar və məktəblilərin nümunəvi çıxışları nümayiş olunub.
Yubiey tədbirində Quba fermrləri də öz məhsullarını nümayiş etdiriblər.Ötən 9 ildə olduğu kimi, bu il də Nar festivalının şahzadəsi meydana daxil olaraq iştirakçıları salamlayıb.
Tədbirdə 16 minə yaxın insan iştirak edib. Onlardan min nəfəri yerli və xarici turistlər olub.
10-cu Göyçay Nar bayramı tədbirinin quruluşçu rejissoru və tərtibatı Azərbaycanın Əməkdar artisti Nicat Kazımovundur.
Bildirək ki, narın vətəni Azərbaycandır. Elmi adı «Punika qranatum»dur. Bu ad iki latın sözünün birləşməsindən əmələ gəlib. «Punika»- tund qırmızı və ya parlaq qırmızı, «Qranatus» isə dənə deməkdir.
FOTO: H.İBADLI
|