Bakıda İnternet idarəçiliyi mövzusunda konfrans keçirilib
01 Mart 2016, 11:50 (GMT +4)
Bu gün Bakıda Avropa İttifaqı və Avropa Şurasının dəstəklədiyi İfadə Azadlığı və Media Azadlığı layihəsi çərçivəsində “İnternet və İnsan Hüquqları” mövzusunda konfrans keçirilib.
Tədbiri Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə giriş sözü ilə açaraq konfransın çox vacib bir mövzuya həsr edildiyini bildirib. Onun sözlərinə görə, bu gün Azərbaycan əhalisinin 76 faizi internetdən istifadə edir, bunun da 65 faizi genişzolaqlı internet şəbəkəsindən istifadə edənlərdir.
Nazir müavini deyib ki, bu gün Azərbaycanda internet tam azaddır və internet provayderlərin fəaliyyəti üçün heç bir problem yoxdur. O qeyd edib ki, Azərbaycan hökuməti internetin daha geniş yayılmasında maraqlıdır.
Tədbirdə həmçinin Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin əməkdaşı Vüqar Səlimov, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz çıxış ediblər. Çıxış edənlər forumun əhəmiyyəti, internetin Azərbaycan cəmiyyətində rolu barədə danışıblar.
FOTO: A.Kərimov.
|