Bakıda ilaxır çərşənbə qeyd olunub
16 Mart 2016, 09:15 (GMT +4)
Bakı, 16 mart, SalamNews. İlaxır çərşənbə münasibətilə Mərkəzi Parkda Bakı Şəhər İcra Hakimiyyəti və Azərbaycan Televiziyasının birgə təşkilatçılığı ilə bayram proqramı təqdim edilib.
SalamNews xəbər verir ki, torpağımızın əbədi od saxlancı Atəşgahdan çaparlar dəstəsinin müşayiəti ilə el ağsaqqalı Dədə Qorqudun və Bahar qızının gətirdiyi odla Novruz tonqalı yandırılıb.
Paytaxt sakinləri və qonaqların maraqla izlədikləri bayram konsertinin sonunda Bakının bahar axşamının səması möhtəşəm atəşfəşanlığın əlvan rənglərinə boyanıb.
|