Azərbaycanın bir qrup jurnalisti Böyük Britaniyada səfərdə olub
28 Mart 2016, 16:53 (GMT +4)
Bakı, 28 mart, SalamNews, K.Orxan. "British Council" PAŞA Bank ilə birgə əməkdaşlıq çərçivəsində Azərbaycan jurnalistləri üçün bizneslə bağlı mətbuat mövzularını əhatə edən təlim proqramı sona çatıb.
SalamNews xəbər verir ki, təlimdə məqsəd ölkədə ədalətli və peşəkar xəbərlər hazırlayan gənc aparıcı jurnalistlərin yetişdirilməsinə dəstək göstərmək və Azərbaycanda biznes mövzularını əhatə edən jurnalistika standartlarının inkişafına yardım etməkdir.
"British Council" Paşa Bank-la birlikdə "Caspian İnternational Broadcasting", ANS TV, İctimai TV, Lider TV, EL TV, Trend, APA Holding, Fins.az, SalamNews da daxil olmaqla, Azərbaycanın bir neçə aparıcı xəbər və yayım agentliklərini təmsil edən 11 peşəkar biznes jurnalistini layihədə iştirak üçün seçib.
Layihə iştirakçıları sonda Birləşmiş Krallığın Thomson Fondu tərəfindən Sertifikata layiq görülüblər.
|