Doktorantların və gənc tədqiqatçıların Respublika elmi konfransı keçirilib
24 May 2016, 18:36 (GMT +4)
Bakı, 24 may, SalamNews. Təhsil Nazirliyinin təşkilatçılığı ilə doktorantların və gənc tədqiqatçıların XX Respublika elmi konfransının açılış mərasimi keçirilib. Mərasimdə təhsil nazirinin müavini Ceyhun Bayramov, akademiklər, ali təhsil müəssisələrinin rəhbərləri, tanınmış ziyalılar, doktorantlar və gənc tədqiqatçılar iştirak ediblər. Hər il ənənəvi olaraq təşkil edilən konfrans bu dəfə Azərbaycanda “Multikulturalizm ili”nə həsr olunub. Tədbirdə çıxış edən təhsil nazirinin müavini Ceyhun Bayramov bildirib ki, builki konfrans “Multikulturalizm ili” çərçivəsində və ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş tədbirlər sırasında özünəməxsus yer tutur.
|