Güclü qasırğa Daşkəsən rayonuna xeyli ziyan vurub
25 May 2016, 13:59 (GMT +4)
Bakı, 25 may, SalamNews, B.İsmayılov. Dünən axşam Daşkəsəndə müşahidə olunan əlverişsiz hava şəraiti bir sıra fəsadlar törədib.
Daşkəsən Rayon İcra Hakimiyyətindən SalamNews-a verilən məlumata görə, mayın 23-də saat 18.00 radələrində rayonda güclü yağış yağıb, dolu düşüb. Bundan sonra güclü külək qeydə alınıb. Güclü qasırğa nəticəsində Daşkəsən şəhərinin 10-dan artıq yaşayış və inzibati binasının dam örtüklərinə və rayonun yol, elektrik, rabitə təsərrüfatına, əkin sahələrinə ziyan dəyib. Rayon sakininin fərdi minik avtomobilinin üzərinə ağac aşıb, maşın yararsız hala düşüb.
|