Bakı metrosunda qatarlar yenilənir
04 İyun 2016, 09:07 (GMT +4)
"Bakı Metropoliteni" QSC-nin rəhbərliyi əsaslı təmir və modernləşdirmə məqsədilə metro qatarlarının ölkə xaricinə göndərilməsi təcrübəsinə son qoyaraq, onun yerli şəraitdə təşkilinə nail olmaq üçün proqram xarakterli tədbirləri davam etdirir.
Metronun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin SalamNews-a verdiyi məlumata görə, bu prosesin növbəti mərhələsinin məhsulu olan daha bir qatar artıq xəttə verilib. Yanvar ayında xəttə çıxmış belə qatarlardan birinin oturacaqlarının üzərinə Bakı metropoliteninin loqotipi yerləşdirilmişdi. Lakin təmir olunaraq xəttə verilmiş qatarlarda bu yeganə dəyişiklik deyil.
|