CAR-ın Türkiyədəki səfiri “ASAN xidmət” mərkəzi ilə tanış olub
08 İyun 2016, 15:07 (GMT +4)
Bakı, 7 iyun, SalamNews. Cənubi Afrika Respublikasının Türkiyə Respublikasındakı səfiri Pule İsaak Malefane-nin rəhbərlik etdiyi CAR-ın Beynəlxalq Əlaqələr və Əməkdaşlıq İdarəsinin nümayəndə heyəti 5 saylı Bakı “ASAN xidmət” mərkəzi ilə tanış olub.
SalamNews xəbər verir ki, qonaqlara "ASAN xidmət" mərkəzlərinin yaradılması, məqsədləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib.
|