GP2 seriyasının 12-ci mövsümünün növbəti mərhələsi başlayıb
17 İyun 2016, 14:45 (GMT +4)
Bakıda Formula-1 Avropa Qran-prisinə start verilib. Avropa Qran-prisinə dəstək olaraq, GP2 seriyasının 12-ci mövsümünün növbəti mərhələsi başlayıb. Ən güclü seriyalardan olan GP2 bir çox sürücülərin Formula-1-də debütü üçün son mərhələ hesab edilir. Builki pelotonun tərkibində yer alan Niko Rosberq və Luis Hamilton daxil olmaqla 9 pilot vaxtilə GP2 seriyasında çıxış edib və bəziləri çempion olub.
|